...

Gəncənin ərazisi 100 hektar böyüyüb

Siyasət Materials 18 Noyabr 2006 11:12 (UTC +04:00)

Bu ay Xanlar rayonundan Gəncəyə 100 hektara yaxın yeni torpaq sahəsi verilib. Bu haqda məlumatı Gəncə şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov verib. Onun sözlərinə görə, Gəncənin balansına yeni torpaq sahəsi ölkə prezidenti İlham Əliyevin göstərişinə əsasən verilib: "Həmin sahədə yeni şəhərcik inşa olunacağı planlaşdırılacaq. Gəncədə son illər tikinti işləri geniş vüsət aldığından tikinti üçün boş ərazilərin çatışmaması problemi yaranıb".

E.Əzizov şəhərin Gülüstan qəsəbəsi yaxınlığındakı Xanlar rayonuna məxsus olan torpaq ərazisinin də Gəncənin balansına verilməsi təklifinin irəli sürüləcəyini bildirib: "Gəncədə ərazi çatışmazlığı olduğundan, şəhər məcburdur ki, öz daxilində inkişaf etsin. Şəhəri bütün tərəflərdən ətraf rayonların kəndləri əhatə edir. Bu səbəbdən Gəncəyə yeni ərazilərin verilməsi zəruridir".

İcra başçısı gələcəkdə də Gəncənin genişləndirilməsi üçün təkliflərin hazırlanaraq, Prizedent Aparatına və Milli Məclisə təqdim ediləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti