...

Azərbaycan və İranın iqtisadi imkanlarına dair toplantı keçiriləcək

Siyasət Materials 20 Noyabr 2006 20:17 (UTC +04:00)

Noyabrın 22-25-də İran İslam Respublikası iqtisadiyyat nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının sədri Hüseyn Soltanianın başçılığı ilə yüksək rütbəli iqtisadi heyət Azərbaycana səfər edəcək. Trend İİR-in Azərbaycandakı səfirliyinin məlumatına əsasən xəbər verir ki, nümayəndə heyətinə İranın istehsal və ticarət, kənd təsərrüfatı, avtomoğil istehsalı və s. sahələr üzrə 20 şirkətinin rəhbərləri daxil olacaq.

Nümayəndə heyətinin üzvləri Azərbaycanın əlaqədar rəsmi şəxsləri ilə görüşəcək, noyabrın 23-də "Abşeron" hotelində açılacaq iqtisadi toplantıda iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti