...

YAP-ın 14 illiyi münasibəti ilə Heydər Əliyevin məzarı ziyarət olunub

Siyasət Materials 21 Noyabr 2006 12:05 (UTC +04:00)

Noyabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının yaradılmasının 14 illiyi münasibəti ilə Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarı ziyarət olunub. Trend in məlumatına görə, YAP-ın rəhbərliyinə daxil olan şəxslər, YAP-ı parlamentdə təmsil edən deputatlar, partiyanın fəal üzvləri H.Əliyevin məzarı önünə gül-çiçək dəstələri qoyub, onun xatirəsini yad ediblər.

YAP təmsilçiləri akademik Zərifə Əliyevanın da məzarını ziyarət ediblər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası 1992 -cı ildə Naxçıvan Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti