...

Azərbaycan səfiri: "Gürcüstandakı azərbaycanlılar arasında gərginlik müşahidə olunmur"

Siyasət Materials 23 Noyabr 2006 17:06 (UTC +04:00)
Azərbaycan səfiri: "Gürcüstandakı azərbaycanlılar arasında gərginlik müşahidə olunmur"

Gürcüstanın azərbaycanlıların yaşadığı Kvemo-Kartli regionunda şərait adi həyatdan fərqlənmir və Gürcüstandakı azərbaycanlılar arasında gərginlik müşahidə olunmur.

Bu haqda Trend -ə ekzkluziv olaraq Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev bu məsələ ilə bağlı rus kanalıında yayımlanan "Vesti" proqramında böhranların qarşısını almaq üzrə Qrupunun hesabatına istinadən yaydığı məlumatları şərh edərkən ekzkluziv olaraq bildirib.

Xatırladaq ki, hesabatda Gürcüstanda etnik azlıqların sıxışdırılması onun ərazisində yeni mübahisəli vəziyyətlərə gətirib çıxara biləcəyi haqqında qeyd olunur. Gürcü höküməti hadisələrin belə inkişaf etməsindən qaçmaq üçün ciddi addımlar atmalıdır. Məlumatda Kvemo-Kartli və Samtsxe-Cavaxeti ərazilərində sıxışdırılma olduğu qeyd olunur. Gürcüstan ərazisinin bu regionlarında etnik ermənilər və azərbaycanlıların əsas hissəsi yaşayır.

Erməni və Azərbaycan icmalarının narazılıqları ictimai həyatın bütün sferalarında və inzibati orqanlarda kifayət etməyəcək dərəcədə təmsil olunmalarıdır. Hesabatda qeyd olunur ki, vəziyyəti Gürcüstanın yaşadığı iqtisadi problemlər, eyni zamanda işsizliyin yüksək sayı daha da dərinləşdirir.

Xəbər lenti

Xəbər lenti