...

Sergey İvanov MDB ölkələri Müdafiə Nazirləri Şurasının iş perspektivlərini müsbət qiymətləndirib

Siyasət Materials 24 Noyabr 2006 10:41 (UTC +04:00)

Rusiya baş nazirinin müavini, müdafiə naziri Sergey İvanov MDB ölkələri Müdafiə Nazirləri Şurasının iş perspektivlərini müsbət qiymətləndirib.

"MBD Müdafiə Nazirləri Şurasının dağılması ilə bağlı şayiələr vaxtsızdır". Bu barədə S.İvanov Brestdə inteqrasiya və hərbi əməkdaşlıq orqanının növbəti iclasının yekunları üzrə çıxışında bəyan edib. Onun sözlərinə görə, MDB MNŞ "yaşayır".

Trend in İTAR-TASS agentliyinə istinadən xəbər verdiyi kimi, rusiyalı müdafiə naziri xatırladıb ki, MDB MNŞ-nin fəaliyyətində hərbi ekologiya, topoqrafiya, hidrometeorologiya, psixologiya və sosiologiya kimi perspektiv istiqamətlər yaranıb. İlk dəfə olaraq hərbi qulluqçuların mənəvi tərbiyəsi ilə əlaqədar olaraq MDB ölkələri hərbi idarələrinin dini təşkilat və birliklərlə qarşılıqlı fəaliyyəti haqqında qərar qəbul olunub. "Belə işlə məşğul olmaq lazımdır. Bu, hərbi qulluqçularla tərbiyə işinə fayda verəcək", - deyə S.İvanov qeyd edib.

Onun sözlərinə görə, MDB MNŞ-nin fəaliyyətinin bir sıra istiqamətləri təkcə hərbi əməkdaşlığın deyil, həm də "iqtisadiyyatımızın mülki sektoruna" fayda verəcək". Bunlar, əsasən topoqrafiya, hidrometeorologiya və digər sahələrdir.

Xəbər lenti

Xəbər lenti