...

Azərbaycan və Bolqarıstan parlamentlərinin spikerləri əməkdaşlıq yollarını müzakirə ediblər

Siyasət Materials 24 Noyabr 2006 16:49 (UTC +04:00)

Noyabrın 24-də Bakıda Azərbaycan Milli Məclisinin (MM) spikeri Oktay Əsədov və Bolqarıstan Xalq Yığıncağının (XY) sədri Georgi Prinski arasında görüş baş tutub. Trend -in məlumatına görə, bu haqda MM-in mətbuat xidmətindən bildiriblər.

Spiker bildirib ki, Azərbaycan Avropa dövlətləri ilə, o cümlədən Bolqarıstanla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Spiker deyib ki, dövlət başçılarının səfərləri çərçivəsində imzalanan sənədlər əlaqələrin inkişaf perspektivi üçün yaxşı əsas yaradır. Noyabrın 22-23-də Bakıda keçirilən QƏT PA Baş Assambleyasının 28-ci sessiyasına gəldikdə O.Əsədov qeyd edib ki, sədrlik Azərbaycandan Bolqarıstana verilib. Milli Məclisdə Bolqarıstan parlamenti ilə dostluq qrupunun fəaliyyətini qeyd edərək, spiker qanunvericilik təcrübəsində əlaqələrin inkişafı və mübadiləsi vacibliyini vurğulayıb.

Q.Prinski QƏT PA Baş Assambleyasının 28-ci sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsinə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Bolqarıstan intensiv surətdə inkişaf edən Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. O qeyd edib ki, dövlətlərarası əlaqələrin inkişafı üçün mövcud olan imkanlar hərtərəfli öyrənilməlidir.

Xəbər lenti

Xəbər lenti