...

Naxçıvanda təqaüdçülərin plastik kartlarla təmin edilməsi prosesi davam edir

Siyasət Materials 27 Noyabr 2006 13:41 (UTC +04:00)

Naxçıvan şəhərində təqaüdlərin bankomatlar vasitəsilə ödənilməsi üçün vətəndaşların plastik kartlarla təmin ediməsi prosesi davam edir. Trend in Naxçıvan bürosu xəbər verir ki, indiyədək 2500 təqaüdçü plastik kartlarla təmin edilib.

Qeyd edək ki, "Dövlət Pensiya Sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" ölkə prezidentinin fərmanına əsasən, Naxçıvan şəhərində təqaüdçülərin plastik kartlrlarla təmin edilməsinə ötən ilin ikinci yarımilliyindən başlanılıb. Bu ilin may ayınadək 1200 nəfərə ödəmələr bankomatlar vasitəsilə həyata keçirilirdi.

Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin direktoru Həmzə Muradov Trend ə bildirib ki, prosesin zəif getməsinə səbəb könüllülük prinsipinin olmasıdır. Direktor onu da əlavə edib ki, təmin olunmada çəkilən xərclər dövlət hesabına həyata keçirilməsinə baxmayaraq vətəndaşlar təqaüdlərinin bankomatlar vasitəslə almasına üstünlük vermirlər.

Hazırda Naxçıvan şəhərində 10087 nəfər təqaüdçü yaşayır və onlardan yalnız ¼-i plastik kartlarla təmin olunub.

Xəbər lenti

Xəbər lenti