...

Güney Azərbaycanın milli azadlıq hərəkatı liderlərindən biri həbsdən azad olundu

Siyasət Materials 30 Noyabr 2006 12:41 (UTC +04:00)

Güney Azərbaycanın milli azadlıq hərəkatı liderlərindən biri, ən fəal mübarizlərdən olan Yürüş Mehrəlibəyli həbsdən azad olundu. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosunun rəhbəri Ağrı Qaradağlı məlumat verib.

A.Qaradağlı bildirib ki, Yürüş Mehrəlibəyli öz əqidəsinə görə dəfələrlə fars rejimi tərəfindən həbsə atdırılıb, aylarla qanunsuz olaraq həbsxanalarda saxlanılıb. Beynəlxalq təşkilatarın təzyiq və tələbləri nəticəsində, nəhayət, ötən gün hərəkatçı azadlığa buraxılıb.

Qeyd edək ki, beynəlxalq qurumların təzyiqi nəticəsində bir neçə gün əvvəl digər bir hərəkatçı Elçin Hatəmi də azadlığa buraxılıb.

Xəbər lenti

Xəbər lenti