...

Almaniyanın BASF şirkəti Azərbaycanda işləmək niyyətindədir

Siyasət Materials 30 Noyabr 2006 17:02 (UTC +04:00)

Almaniyanın BASF şirkəti Azərbaycanda işləmək niyyətindədir. Azərbaycan prezidenti İlham Əliyevə şirkət rəhbərliyinin niyyəti haqqında məktubu Almaniyanın Azərbaycandakı səfiri Per Stankina təqdim edib. Bu barədə Trend xəbər verir.

Almaniya səfiri görüşdə bildirib ki, Almaniya Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Diplomat Azərbaycanla siyasi, iqtisadi və başqa sahələrdə ikitərəfli əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.

İ.Əliyev ikitərəfli münasibətlərin hazırki inkişaf səviyyəsindən məmnunluğunu bildirib. O, Almaniya şirkətlərinin Azərbaycanla əməkdaşlığı genişləndirmək arzusunu yüksək qiymətləndirib və qeyd edib ki, Azərbaycan höküməti onlara bu məsələdə dəstək göstərməyə hazırdır. Dövlət başçısı vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişafı Avropa Birliyi çərçivəsində də əməkdaşlığın daha da inkişaf etməsinə səbəb olacaq.

Xəbər lenti

Xəbər lenti