...

Azərbaycan Minskdə keçirilmiş MDB sammitində imzalanmaq üçün təqdim olunmuş 27 sənəddən 13-nə qoşulub

Siyasət Materials 1 Dekabr 2006 10:56 (UTC +04:00)

Azərbaycan Minskdə keçirilmiş MDB sammitində imzalanmaq üçün təqdim olunmuş 27 sənəddən 13-nü imzalayıb. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidentinin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Onun sözlərinə görə, təkcə Azərbaycan deyil, həm də bir sıra digər ölkələr bu sənədlərin müzakirəsinin davam etdirlməsinin tərəfdarı olub. Danışıqlar başa çatdıqdan sonra sənədlər imzalanacaq.

Sammit çərçivəsində MDB sərhədlərinin delimitasiyasına dair müzakirə olunmuş, ancaq qəbul edilməmiş sənədə gəlincə, N.Məmmədov bildirib ki, bu sənəd üzərində iş davam etdiriləcək. Xüsusilə, Azərbaycan və Rusiya arasında sərhədlərin 95%-i razılaşdırılıb və proses davam edir. Ancaq digər ölkələr də öz sərhədlərini tam razılaşdırmayıb. Buna görə də bu sənədin müzakirəsi MDB sammiti çərçivəsində davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti