...

Dağlıq Qarabağ üzrə AŞ PA komitəsinin sədri hesab edir ki, Azərbaycanla Ermənistan arasında ümumi dialoq başlanmalıdır

Siyasət Materials 1 Dekabr 2006 11:30 (UTC +04:00)
Dağlıq Qarabağ üzrə AŞ PA komitəsinin sədri hesab edir ki, Azərbaycanla Ermənistan arasında ümumi dialoq başlanmalıdır

Mən hesab edirəm ki, hər iki ölkənin Avropa Şurasının üzvü olmasına baxmayaraq, prezidentlər səviyyəsində davam edən mövcud dialoqdan kənar bir-biri ilə ayrılıqda danışıqlara başlaması vacibdir, necə ki, məsələn, prezident İlham Əliyev və Robert Köçəryan arasında keçirilmiş son görüş.

Bu barədə AŞ PA-nın Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Conston noyabrın 30-da Trend ə eksklüziv məlumatında bildirib.

Rassel-Constonun sözlərinə görə, Azərbaycan və Ermənistan parlamentarilərinin onun sədrliyi altında görüşü Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyası zamanı Strasburqda yanvar ayının sonlarında keçiriləcək. Komitə sədri qeyd edib ki, ilkin mərhələdə onlar sadəcə görüşüb bir-biriləri ilə yaxından tanış olmalıdırlar. "Dərhal böyük, ciddi məsələlərə keçməyə ehtiyac yoxdur. Mənim məqsədim bütün problemlərin bir anın içində və sehrli bir qüvvə ilə həlli deyil, bu, mümkün deyil. Mənim məqsədim ilk öncə əlverişli mühit yaratmaq, daha sonra dialoqu mümkün olan məsələləri, məsələn, nəqliyyat əlaqələri kimi məsələləri müzakirə etməkdir" - deyə o əlavə edib.

O, həmçinin qeyd edib ki, Dağlıq Qarabağ probleminin həllinə yalnız münaqişədə iştirak edən hər iki ölkənin hökumətləri tərəfindən nail oluna bilər, komitənin vəzifəsi isə tərəflər arasında dialoqun yaradılmasından ibarətdir. "Lakin mən hesab edirəm ki, ümumi dialoqun başlanması çox vacibdir. Əgər problemin hər hansı bir həlli yolu olacaqsa, bu, mütləq hər iki tərəfin müəyyən sayda addımlar atmasından sonra mümkün olacaq. Lakin hazırda tərəflərdən heç biri hər hansı bir güzəştə getmək fikrində deyil. Ona görə tək görülə biləcək iş bir-birilərilə danışıqlara başlamalarıdır" - deyə Rassel Conston fikrini bildirib.

Xəbər lenti

Xəbər lenti