...

Xarici pasportların müddəti ilə əlaqədar qanunvericilikdə edilmiş dəyişiklik hazırda istifadədə olan xarici pasportlara şamil olunmur

Siyasət Materials 1 Dekabr 2006 16:27 (UTC +04:00)

Azərbaycanda xarici pasportların müddəti ilə əlaqədar qanunvericilikdə edilmiş dəyişiklik hazırda istifadədə olan xarici pasportlara şamil olunmur. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsindən məlumat verilib.

Bildirilib ki, bu dəyişiklik yalnız 2007-ci ilin yanvar ayının 1-dən etibarən vətəndaşların əldə edəcəkləri xarici pasportlarla əlaqədardır. Hazırda vətəndaşların istifadəsində olan xarici pasportların müddəti bitdikdən sonra isə onlar etibarsız hesab olunacaq.

Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Respublikasının Milli Məclisi ümumvətəndaş pasportları (xarici pasportlar) ilə əlaqədar qanunvericilyə dəyişikliklər edib. Həmin dəyişikliklərdən biri də pasportların verilmə müddəti ilə əlaqədardır. Xarici pasportlar əvvəllər olduğu kimi 5 yox, 10 il müddətinə etibarlı olacaq.

Xarici pasportları 120 manat ödəməklə beş gün, 40 manat ödəməklə bir ay ərzində əldə etmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti