...

Azərbaycan prezidenti BƏƏ prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 1 Dekabr 2006 17:10 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Milli bayram - Dövlətin yaranma günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə Bin Zaid əl Nahyana təbrik məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Məktubda qeyd olunub ki, Azərbaycan və BƏƏ arasında ənənəvi dostluq münasibətləri hazırda inkişaf dövrünü yaşayır. Dövlət başçısı ümidvar olduğunu bildirib ki, Azərbaycan və BƏƏ arasında ikitərəfli münasibətlər ümumi maraqlara əsasən dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti