...

Fransanın iri sahibkarlarından ibarət nümayəndə heyəti Bakıya gələcək

Siyasət Materials 4 Dekabr 2006 20:42 (UTC +04:00)

Fransa Sahibkarlar Birliyinin (MEDEF) Orta Asiya və Qafqaz Komitəsinin sədri Kristian Monsun rəhbərlik etdiyi fransız şirkətlərinin başçılarından ibarət nümayəndə heyəti dekabrın 5 və 6-da Bakıda səfərdə olacaq. Bu barədə Trend ə Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

32 şirkətin təmsil olunduğu nümayəndə heyətinin tərkibinə yüksək texnologiya, mühəndislik, bank, tikinti, infrastruktur, ekologiya, energetika, turizm, əczaçılıq sənayesi, avtomobil və qida sənayesi üzrə ixtisaslaşmış fransız şirkətlərinin nümayəndələri daxildir.

İki gün ərzində onlar Azərbaycan hökumətinin üzvləri və yerli şirkətlərin təmsilçiləri ilə görüşlər keçirəcəklər. Məqsəd Azərbaycana investisiya yatırımını müzakirə etmək, iqtisadi və cari əməkdaşlıq imkanlarını öyrənməkdir. Səfər çərçivəsində Fransaya sonuncu səfəri zamanı MEDEF-in üzvləri ilə dialoq aparmış Azərbaycan prezidenti İlham Əlyevlə də görüşü nəzərdə tutulub.

Dekabrın 6-da saat 18-00-da səfərin yekunu ilə əlaqədar Fransanın Bakıdakı səfirliyində mətbuat konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti