...

Avstriyada Azərbaycanın investisiya imkanlarının təqdimatı keçiriləcək

Siyasət Materials 5 Dekabr 2006 14:00 (UTC +04:00)
Avstriyada Azərbaycanın investisiya imkanlarının təqdimatı keçiriləcək

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Bakıda keçirilmiş Azərbaycan-Avstriya hökumətlərarası komissiyanın işi və biznes-forumun nəticələrinə əsasən 2007-ci ildə Avstriyada Azərbaycanın investisiya imkanlarının təqdimatının keçirilməsi barədə razılıq əldə olunub. Nazir müavini vurğulayıb: "Avstriya böyük maraq göstərir, ona görə ölkənin daha geniş müstəvidə nümayiş olunması üçün bu təqdimatla yanaşı, mədəniyət tədbirlərinin keçirilməsi də planlaşdırılır".

Təqdimat çərçivəsində həmçinin ixrac oluna bilən Azərbaycan məhsullarının sərgisinin keçirilməsi də planlaşdırılır. N.Səfərovun sözlərinə görə, bu sərgidə emaledici sənayenin məhsulları, xalçalar və başqa məmulatlar nümayiş oluna bilər. Nazir müavini qeyd edib: "Söhbət bu gün İqtisadi İnkişaf Nazirlyinin aktiv şəkildə həyata keçirdiyi neft ixracından getmir".

Avstriyanın Rusiyadakı nümayəndəliyinin məsləhətçisi, nümayəndə heyətinin rəhbəri Yoxan Kauzel Azərbaycan şirkətlərinin Avropa İttifaqına çıxması üçün lazımi yardımın göstərilməsində hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti