...

Səfir: Küveyt rəhbərliyi onun işğalı məsələsində Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir

Siyasət Materials 6 Dekabr 2006 18:11 (UTC +04:00)

Küveyt rəhbərliyi onun işğalı məsələsində Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayevin Trend ə eksklüziv olaraq verdiyi məlumata görə, bu fikir Azərbaycan höküməti baş nazirinin birinci müavini, Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun bu ölkəyə səfəri çərçivəsində Küveyt rəhbərliyinin yüksək vəzifəli şəxsləri ilə görüşü zamanı səslənib.

Küveytin vakf və islam işləri üzrə naziri Abdulla Maatuk əl-Maatukun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycan höküməti baş nazirinin müavini Küveytin baş naziri Şeyx Sabah əl-Əhməd əs-Sabah və ölkə parlamentinin sədri Cass əl -Karafi ilə görüşüb. Səfir qeyd edib ki, görüş zamanı tərəflər hər iki ölkənin bütün sahələrdə ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.

Görüşdə həmçinin erməni təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulmuş Azərbaycanın qaçqın və məcburi köçkünlərinin sosial problemləri ilə bağlı məsələlərə də toxunulub.

Xatırladaq ki, Azərbaycan Dövlət komitəsinin başçısı dekabrın 4-dən Küveytdədir. Səfər çərçivəsində Ə.Həsənov artıq vakf və islam işləri üzrə nazir və Qızıl Aypara Cəmiyyətinin başçısı ilə görüşüb. Tərəflər Küveyt hökümətinin Azərbaycanın qaçqın və məcburi köçkünlərinə göstərdiyi humanitar yardımın həcminin artma ehtimalını da müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti