...

Deputat Elmira Axundova: Məruzəçi söz verib ki, Azərbaycanın təqdim etdiyi faktları nəzərə alacaq

Siyasət Materials 7 Dekabr 2006 17:36 (UTC +04:00)

"Keçmiş SSRİ ərazisində olan ölkələrin Silahlı Qüvvələrinin durumuna dair məruzə hazırlayan bolqarıstanlı deputat Aleksandr Arabacıyev söz verib ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin təqdim etdiyi faktları nəzərə alacaq." Trend in məlumatına görə, bu sözləri jurnalistlərlə söhbətində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova deyib.

E.Axundova qeyd edib ki, həmin məruzə müzakirə olunan zaman sənədin obyektiv olmadığını Arabacıyevin nəzərinə çatdırıblar.

"Təbii ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri həmişə belə məruzələrə kəskin reaksiya verib. Bildiyiniz kimi biz millət vəkilləri olaraq cəbhə bölgələrinə səfərlər edirik və hərbi hissələrdə oluruq. Belə səfərlər bizə daha çox fakt toplamağa imkan verir. Çalışırıq ki, obyektiv olmayan və Azərbaycanın imicinə xələl gətirən məruzələrin hazırlanmasına imkan verməyək."

Xəbər lenti

Xəbər lenti