...

Hadı Rəcəbli: "Azərbaycanda qeyd olunan dini bayramların istirahət günlərinin gələcəkdə artırılması mümkündür"

Siyasət Materials 12 Dekabr 2006 16:33 (UTC +04:00)

Azərbaycanda qeyd olunan dini bayramların istirahət günlərinin gələcəkdə artırılması mümkündür. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə milli- mənəvi dəyərləri ehtiva edən bayramların istirahət günlərinin artırılması vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən amil olardı.

"Dini bayramların istirahət günlərinin artırılması gələcəkdə həyata keçirilə bilər. Bu kimi məsələlər müəyyən miqdarda maliyyə vəsaiti tələb edir. Azərbaycanın maliyyə imkanları artdıqca məsələ reallaşa bilər. Bu kimi məsələlərin qaydaya salınması üçün maliyyə tutumlu qanunların qəbul olunmasına ehtiyac var" deyə Hadı Rəcəbli bildirib.

Xatırladaq ki, dini və milli- mənəvi dəyərləri etiva edən bayramlar dedikdə Ramazan və Qurban bayramları nəzərdə tutulur. Belə bayramlar isə müsəlman ölkələrində, o cümlədən Türkiyədə bir neçə gün qeyd olunur və həmin günlər iş günü hesab olunmur.

Xəbər lenti

Xəbər lenti