...

Strasburqda Avropa İttifaqı – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 7-ci iclası öz işinə başlayıb

Siyasət Materials 13 Dekabr 2006 16:32 (UTC +04:00)

Dekabrın 13-də Strasburqda Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 7-ci iclası başlayıb. İclas dekabrın 14-də də davam etdiriləcək. Trend xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Ialeh Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komissiya sədrlərinin müavinləri Rövşən Rzayev, Azər Əmiraslanov, deputatlardan Gülər Əhmədova, Jalə Əliyeva, Çingiz Əsədullayev, Rauf Əliyev, Ülvi Quliyev və Fuad Muradov daxildirlər.

İclasda təşkilatla Azərbaycan arasında tərəfdaşlıq, iqtisadi, sosial, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq, ölkəmizdə siyasi vəziyyət, insan hüquqları, söz və mətbuat azadlığı, demokratik inkişaf sahəsində atılan addımlar, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə edilir.

Deputatlarımız müzakirələrdə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.

Toplantıda vitse-spiker Ialeh Ələsgərov təşkilatın 2005-ci ildə keçirilən iclasının nəticələrinə dair məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti