...

Azərbaycan prezidenti Küveyt səfirinin etimadnamələrini qəbul edib

Siyasət Materials 14 Dekabr 2006 18:35 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 14-də Küveytin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Fahd Sad əl-Meyinin etimadnamələrini qəbul edib.

Trend in verdiyi xəbərə görə, dövlət başçısı bildirib ki, Küveyt və Azərbaycan arasındakı münasibətlər yeni səviyyəyə çıxıb. O əmin olduğunu bildirib ki, Küveytdə Azərbaycan səfirliyinin və Bakıda Küveyt səfirliyinin açılması həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində yeni perspektivlər açacaq.

Diplomat İlham Əliyevə Küveyt əmiri və vəliəhdinin salamlarını çatdırıb. O, Azərbaycanda Küveytin ilk səfiri kimi işə başlayacağından məmnun olduğunu bildirib. Fahd Sad əl- Meyin vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafı naminə öz vəzifəsində əlindən gələni edəcək.

Xəbər lenti

Xəbər lenti