...

Kəmaləddin Heydərov: Bakıda olan 327 tikinti obyektinin əksəriyyətində sənədləşmələrdə çatışmazlıqlar aşkar olunub

Siyasət Materials 15 Dekabr 2006 18:08 (UTC +04:00)

Bakıda olan 327 tikinti obyektinin əksəriyyətində sənədləşmələrdə çatışmazlıqlar aşkar olunub. Trend in xəbərinə görə, bu barədə dekabrın 15-də Fövqəlada Hallar Nazirliyinin fəaliyyətinin 1 illiyinə həsr olunmuş iclasda nazir Kəmaləddin Heydərov məlumat verib.

K.Heydərov bildirib ki, hesabat dövründə Bakı şəhəri üzrə texniki baxışla əhatə olunan 327 tikinti obyektinin əksəriyəində hüquqi, təşkilatı və texniki sənədləşmələrdə olan çatışmazlıqların aradan qaldırılması təmin edilib.

Zəruri hallarda bu obyektlərin bəzilərinin sənədləri dövlət ekspertizasından keçirilmək üçün təmin olunub.

Hazırda tikinti obyektlərində hüquqi, təşkilatı və texniki sənədləşmənin müvafiq normalara uyğun olmasının yoxlanılması davam edir. Nazirliyin müvafiq strukturu 3 tikinti obyektində yerinə yetirilmiş tikinti quraşdırma işlərinin keyfiyyətində ciddi pozuntular aşkar edib. Hazırda müvafiq tədbirlər görülməsi üçün təkliflər hazırlanıb.

Xəbər lenti

Xəbər lenti