...

Azərbaycan prezidenti Naxçıvan MR-də bir sıra obyektlərin açılışında iştirak edəcək

Siyasət Materials 18 Dekabr 2006 13:52 (UTC +04:00)
Azərbaycan prezidenti Naxçıvan MR-də bir sıra obyektlərin açılışında iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan MR-ə nəzərdə tutulan səfəri çərçivəsində bir sıra yeni obyektilərin açılışında iştirakı gözlənilir. Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyindən Trend ə bildiriblər ki, hələ məhz hansı obyektlərin dövlət başçısının iştirakı ilə açılacağı məlum deyil, lakin NMR-in Şahbuz rayonunu elektrik enerjisi ilə təmin edəcək Vayxır HES, Müalicə-diaqnostika Mərkəzi, Naxçıvan şəhərində Heydər Əliyevin abidəsi və muzeyi, Babək rayonunda qaz yanacağıyla işləyən modul elektrik stansiyası istismara hazırdır.

Həmçinin prezidentin Muxtar Respublikanın yeni məktəblər, bir sıra istehsal müəssisələri, xüsusən tütün məhsulları elmalı və istehsalı ilə məşğul olan və daha bir neçə istehlak müəssisəsinin istismara hazır olduğu bəzi rayonlarını ziyarət edəcəyi istisna edilmir.

Naxçıvan MR-in Bakıdakı nümayəndəliyindən bildiriblər ki, istismara hazır olan obyektlərin sayı 10-u keçir.

Xəbər lenti

Xəbər lenti