...

Naxçıvan MR-də Kənd Bələdiyyələrinin Assosiasiyası yaradıldı

Siyasət Materials 18 Dekabr 2006 20:00 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında Kənd Bələdiyyələrinin Assosiasiyası yaradıldı. Trend in Naxçıvan Bürosunun məlumatına görə bununla əlaqədar bu gün qurumun təsis yığıncağı keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətində baş tutan təsis yığıncağında regionda fəaliyyət göstərən kənd bələdiyyələrindən nümayəndələr iştirak edib. Tədbirdə Naxçıvan Muxtar Respublikasında Kənd Bələdiyyələri Assosiasiyasının yaradılması haqqında qərar səsə qoyularaq yekdilliklə qəbul edilib. Təşkilatın nizamnaməsi də müzakirə edilib. 7 nəfərdən ibarət idarə heyəti yaradılıb. Birgə qərara əsasən, Ordubad rayon Dəstə bələdiyyəsindən Tofiq Babayev Naxçıvan MR Kənd Bələdiyyələri Assosiasiyasının sədri seçilib.

Qeyd edək ki, Naxçıvan MR Kənd Bələdiyyələri Assosiasiyası son bir ayda bələdiyyələr arasında əlaqələndirmə işinin təşkilinə hesablanmış və regionda yaradılmış üçüncü təşkilatdır.

Xəbər lenti

Xəbər lenti