...

Deputat Siyavuş Novruzov: Hərbi xidmətdə olmayan şəxslər dövlət orqanında işləyə bilməzlər

Siyasət Materials 22 Dekabr 2006 15:03 (UTC +04:00)

Hərbi xidmətdə olmayan şəxslər dövlət orqanında işləyə bilməzlər. Trend in xəbərinə görə, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin dekabrın 22-də keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.

"Burada fikirlər səsləndirilir ki, dövlət orqanında işləyən şəxslərin hansısa bir rütbəsi varsa, onlar hərbi xidmətdə olmamalıdırlar. Ancaq kiminsə rütbəsi yoxdursa, hərbi xidmət keçməlidir. Bu, tamamilə yanlış yanaşmadır. Məsələ bu formada qoyulmalıdır ki, hərbi xidmətdə olmayan şəxs dövlət orqanında işləyə bilməz. Biz bu məsələni birdəfəlik həll etmək üçün bunu qanunda tətbiq etməliyik. Dövlət orqanında işləyən və yaxud da gələcəkdə işləmək fikrində olan şəxslər bilməlidirlər ki, hərbi xidmət keçməyəcəkləri təqdirdə dövlət orqanında işləyə bilməzlər" - deyə S.Novruzov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti