...

Turkiyənin Quru Qoşunları komandanının Azərbaycana səfəri 2007-ci ilin əvvəlində olacaq

Siyasət Materials 22 Dekabr 2006 16:00 (UTC +04:00)

Turkiyənin Quru Qoşunlarının komandanı İlker Başbuqun Azərbaycana səfəri 2007-ci ilin əvvəlində olacaq. Bu barədə Trend ə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlker Başbuqun həmin səfəri çərçivəsində iki ölkənin hərbi sahədəki əməkdaşlığı məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, dekabr ayının əvvəlində Azərbaycanın kütləvi informasiya vasitələri Türkiyənin Quru Qoşunları komandanının Azərbaycana dekabrın sonunda səfər edəcəyi barədə məlumat yaymışdılar.

Xəbər lenti

Xəbər lenti