...

Gəncə Qaz İstismarı İdarəsi reyd keçirir

Siyasət Materials 28 Dekabr 2006 15:49 (UTC +04:00)

Gəncə Qaz İstismarı İdarəsi şəhərdə reyd keçirir. Trendin Qərb Bürosuna məlumat verən Gəncə Qaz İstismarı İdarəsinin rəisi Adil Bağırovun sözlərinə görə, reydin keçirilməsində məqsəd qaz sayğaclarına müdaxilə və enerji oğurluğu hallarının qarşısını almaqdır.

Reyd şəhərin Sadıllı qəsəbəsində keçirilib. Belə ki, bu ərazidə 10 abonentin evində xüsusi nasos aşkar edilib ki, bu nasoslar vasitəsilə qazın oğurlandığı məlum olub. Bu isə digərlərinin qaz təminatına mane olur. "Bu vəziyyət əsasən qazın az paylandığı ərazilərdə aşkarlanıb. Bu nasoslar vasitəsilə borulardan qazı sovuran şəxslər digər abonentlərin mavi yanacaqdan istifadəsinə mane olurlar. Belə hallar texniki təhlükəsizlik baxımından da mənfi haldır. Belə ki, bu, qəza vəziyyətlərinin yaranmasına, partlayışlara səbəb ola bilər" - deyə A. Bağırov bildirib. O əlavə edib ki, sakinlər tərəfindən sayğaclara müdaxilə halları da artıb. O, bunun nəticəsində sıradan çıxmış sayğacların həmin abonentlərin öz vəsaitləri hesabına yenisi ilə əvəz olunacağını deyir.

Müsahib qeyd etdi ki, aparılan reydlər zamanı məlum olub ki, bir çox sayğaclara iynə və digər əşyalarla müdaxilələr olunur, həmçinin tam sıradan çıxarılanları da var. Bu reyd zamanı 7 abonentin evitndə sayğaca müdaxilə halları aşkar edilib.

İdarə rəisinin sözlərinə görə, sayğaca müdaxilə edən abonentlərlə bağlı tədbirlərin görülməsi üçün hüqüq-mühafizə orqanlarına müraciət olunacaq və bu kimi halların qarşısının alınması məqsədilə reydlərin mütamadi olaraq aparılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti