...

Müsavat Partiyası yanvarın 28-də yürüş-mitinq keçirmək üçün sabah meriyaya müraciət edəcək

Siyasət Materials 10 Yanvar 2007 17:16 (UTC +04:00)

Müxalifətyönlü Müsavat Partiyası qiymətlərin qaldırılması qərarına etiraz olaraq yanvarın 28-də mitinq keçirmək üçün sabah Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcək. Bu barədə Trend ə açıqlamasında Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

A.Hacılı qeyd edib ki, aksiyanın yubanmasına səbəb bu həftə hazırlıq üçün yetərincə vaxt olmamasıdır. "Gələn istirahət günləri yanvarın 20-21-i isə sovet qoşunlarının Bakıya təcavünün növbəti ildönümünə təsadüf edir. Ona görə də aksiyanı iki həftə sonraya təyin etməli olduq" deyə, Arif Hacılı bildirib.

Onun sözlərinə görə, hələlik Müsavat Partiyası etiraz aksiyasını harada keçirəcəyi haqda qəti qərar verməyib: "Bu Bakı Şəhər İcra Hakimiyyətinin etiraz aksiyalarının keçirilməsi üçün müəyyənləşdirdiyi və onların təklif edəcəyi marşrut olacaq."

Birgə aksiyaların keçirilməsi üçün müxalifət partiyaları ilə aparılan məsləhətləşmələrin nəticəsi haqda danışmağın tez olduğunu deyən Arif Hacılı bildirir ki, Müsavat Partiyası bütün siyasi qüvvələrə mitinqlə bağlı müraciət edib.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti