...

Millət vəkili Elmira Axundova AŞ PA-nın komitəsinin iclasında iştirak edəcək

Siyasət Materials 12 Yanvar 2007 17:04 (UTC +04:00)

Milli Məclisin deputatı Elmira Axundova Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Qadınlar və kişilər üzün bərabər imkanlar (Gender bərabərliyi) komitəsinin iclasında iştirak etmək üçün yanvarın 13-də Parisə yola düşəcək.

Trend in məlumatına görə, iclasın gündəliyinə Cənubi Qafqazda qadınların vəziyyəti, Avropa Şurasının qadınlara qarşı zorakılıqla mübarizə tədbirləri, qadın yoxsulluğu, vətəndaş bərabərliyi prinsipləri, Avropada insan hüquqları və demokratiya ilə bağlı vəziyyət və digər məsələlər daxil edilib.

Millət vəkili müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaq.

Səfər yanvarın 16-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti