...

"Azadlıq" blokunun təşkilat komitəsi etiraz aksiyalarının keçiriləcəyi ünvanları müəyyənləşdirib

Siyasət Materials 15 Yanvar 2007 17:48 (UTC +04:00)

"Azadlıq" siyasi blokunun Sədrlər Şurası enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin qaldırılmasına etiraz olaraq ilə yanvarın 26-na təyin etdiyi aksiyaların marşrutunu müəyyənləşdirib. Bu barədə Trend ə "Azadlıq" blokunan məlumat verilib.

Bu gün - yanvarın 15-də "Azadlıq" bloku Mitinqə Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda aksiyanın keçirilməsi üçün 10 yer müəyyən olunub. Təşkilat Komitəsinin aksiyanın keçirilməsi üçün müəyyənləşdirdiyi ünvanların siyahısı "Azadlıq" siyasi blokunun Sədrlər Şurasına təqdim olunub. "Azadlıq" blokunun yanvarın 16-da keçiriləcək növbəti toplantısında etiraz aksiyalarının marşrutu barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası- Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti