...

MSK sədri: "Prezident İlham Əliyev MSK üçün yeni bina tikilməsinə göstəriş verib"

Siyasət Materials 15 Yanvar 2007 18:25 (UTC +04:00)

Azərbaycan Mərkəzi Seçki Komissiyası başqa binaya köçürüləcək. Trend in məlumatına görə, bu barədə jurnalistlərə MSK sədri Məzahir Pənahov açıqlama verib.

O bildirib ki, MSK-nın əməkdaşlarının sayı artdığından indiki bina bu qurum üçün darısqaldır. Ona görə də komisiya rəhbərliyi Prezident İlham Əliyevə müraciət edərək qurumun yeni geniş binaya köçürülməsini xahiş edib. M.Pənahovun sözlərinə görə, prezident İlham Əliyev MSK üçün yeni bina tikilməsinə göstəriş verib.

MSK-nın nəzdində fəaliyyət göstərən, lakin başqa ünvanda yerləşən "Seçkilər" İnflormasiya Mərkəzi də yeni binaya köçürüləcək.

Xəbər lenti

Xəbər lenti