...

Baş Konsul Q.Osmanov: "Sankt-Peterburq şəhərindən çıxarılmaq üçün heç bir azərbaycanlı saxlanılmayıb"

Siyasət Materials 16 Yanvar 2007 18:08 (UTC +04:00)
Baş Konsul Q.Osmanov: "Sankt-Peterburq şəhərindən çıxarılmaq üçün heç bir azərbaycanlı saxlanılmayıb"

"Rusiyanın Sankt-Peterburq şəhərindən çıxarılması üçün heç bir azərbaycanlı saxlanılmayıb". Bu barədə Trend ə Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulu Qüdsi Osmanov məlumat verib.

Onun sözlərinə görə, Rusiyada miqrasiya haqqında yeni qüvvəyə mindikdən sonra hələ ki, soydaşlarımızdan deportasiya edilənlər yoxdur: Çünki Sankt-Peterburqda müvafiq qanuna əsasən, ölkədən çıxarılma maddəsinə düşən vətəndaşlar adətən müvəqqəti saxlanma məntəqələrində saxlanılırlar. Yeni qanun çıxandan bəri azərbaycanlılardan ora salınan yoxdur. Bu səlahiyyəti yerli milisə verilib. Mən bu orqanlarla rəsmi yazışmalar aparmışam ki, əgər azərbaycanlılardan müvəqqəti saxlanma məntəqələrinə salınan olsa, Baş Konsulluğa xəbər verilsin. Hazırda bu məntəqələrdə azərbaycanlılar yoxdur. Ümumiyyətlə, azərbaycanlılar özləri də çöldə-bayırda çox gəzməməyə çalışırlar. Həm də Rusiyada yeni qanunun qüvvəyə minməsinə baxmayaraq onun həyata keçirilmə mexanizmi hələ qeyri-müəyyəndir. Miqrantların necə, hansı formada çıxarılmasının hüquqi tərəfi məlum olmadığı üçün milislər də çalışırlar ki, vətəndaşları çox saxlamasınlar"-deyə Q.Osmanov məlumat verib.

Xəbər lenti

Xəbər lenti