...

Elçin Quliyev: DSX-nın 26 növdə 300-dən artıq nəqliyyat vasitəsi alması sərhəd mühafizəsinin təşkilinə ciddi təkan verəcək

Siyasət Materials 23 Yanvar 2007 13:15 (UTC +04:00)
Elçin Quliyev: DSX-nın 26 növdə 300-dən artıq nəqliyyat vasitəsi alması sərhəd mühafizəsinin təşkilinə ciddi təkan verəcək

Dövlət Sərhəd Xidmətinin (DSX) 26 növdə 300-dən artıq nəqliyyat vasitəsi alması sərhəd mühafizəsinin təşkilinə ciddi təkan verəcək. Trend in xəbərinə görə, bu barədə yanvarın 23 -də sərhəd qoşunlarının Səngəçaldakı N saylı hərbi hissəsində Sərhəd Qoşunları üçün yeni alınmış nəqliyyat vasitələrinə baxış keçirərkən DSX rəisi E.Quliyev söyləyib.

E,Quliyev bildirib ki, 15 il ərzində DSX bu gədər nəqliyyat texnikası almamışdı. Eyni vaxtda bu gədər texnikanın alınması sərhədlərin mühafizəsinə göstərilən diqqətdən irəli gəlir. "Bu nəqliyyat vasitələri dağlıq, bataqlıq və meşəlik ərazilərdə istifadə üçün nəzərdə tutulub. Ümid edirəm ki, bu texnikanın tətbiqi dövlət sərhədlərinin mühafizəsini daha yüksək səviyyədə təmin etmək üçün zəmin yaradacaq",-E.Quliyev bildirib.

Qeyd edək ki, nəqliyyat vasitələrinin böyük bir qismi Rusiyadan alınıb.

Xəbər lenti

Xəbər lenti