...

Gürcüstanın XİN başçısı: RF səfirinin gəlişi münasibətlərdə mövcud olan problemləri aradan qaldırmayacaq

Siyasət Materials 23 Yanvar 2007 16:13 (UTC +04:00)

Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Rusiya Federasiyası səfirinin Gürcüstana qayıtmasının tərəfdarıdır, lakin hesab edir ki, bu, ikitərəfli münasibətlərdə olan problemləri aradan qaldırmayacaq.

Bu gün nazir Cavaxişvili adına Tbilisi dövlət universitetində olarkən jurnalistlərə bildirib ki, səfirin qayıdışı Rusiya tərəfdən "məntiqi addım" olub.

"Səfirin qayıtması bütün problemləri həll etməyəcək, lakin bu, yaxşı başlanğıcdır. İndi biz Rusiyadan kəsərli addım gözləyirik. Bu addımlar bizimlə bərabərhüquqlu münasibətlər qurmaq arzusunu göstərməlidir, Gürcüstana qarşı təhdid və sanksiyalardan imtina etmək vaxtıdır", - deyə G.Bejuaşvili bildirib.

Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, nazir vurğulayıb ki, iki ölkə arasında fundamental fərqlər Gürcüstan ərazisində mövcud olan münaqişələrin nizamlanmasına dair yanaşmalarla müəyyənləşdirilib. "Yanaşmalarımızdakı bu ziddiyyətlər aradan qaldırılmalıdır, lakin bu, Gürcüstanın suverenliyi və ərazi bütövlüyü hesabına edilməməlidir", - deyə o qeyd edib.

Bejuaşvili bildirib ki, bu mərhələdə Rusiya səfiri ilə görüşə bilməz, belə ki, yanvarın 25-də İtaliyaya səfər edəcək, lakin oradan qayıdarkən bu görüş mütləq baş tutacaq. O, səfir Vyaçeslav Kovalenkonun imkanlarını qiymətləndirməyib və bəyan edib ki, onu yaxşı tanımır və insanları sözünə görə deyil, davranışlarına görə mühakimə edir.

Rusiyalı səfir Kovalenko etimadnaməsini təqdim etməzdən və RF səfiri vəzifəsinə başlamazdan əvvəl Gürcüstandan geri çağırılıb. Onun getməsi ötən ilin sentyabr ayında başlayan casus qalmaqalı ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti