...

Naxçıvan Beynəlxalq Hava Limanı işçilərinin əmək haqları artırılıb

Siyasət Materials 24 Yanvar 2007 11:43 (UTC +04:00)

Naxçıvan Beynəlxalq Hava Limanı işçilərinin əmək haqları artırılıb. Trend in Naxçıvan Bürosu xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Beynəlxalq hava limanı işçilərinin sosial müdafiəsini daha da gücləndirmək məqsədilə əmək haqları 30% artırılıb.

Naxçıvan MR Ali Məclisi sədri Vasif Talıbovun imzaladığı digər sərəncama əsasən isə Naxçıvan MR Dövlət Energetika Agentliyi işçilərinin maaşı isə 25 % artırılıb.

Qeyd edək ki, hər iki sərəncam fevralın birindən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti