...

Qazaxıstan Qazaxıstan-Xəzər neft nəqli sistemlərinin yaradılması üçün investorları müəyyənləşdirib

Siyasət Materials 24 Yanvar 2007 17:56 (UTC +04:00)

"Qazaxıstan-Xəzər neft nəqli sistemləri"nin (Kazakhstan Caspian Transportation System (KCTS)) yaradılması təxminən 3 mlrd. ABŞ dolları həcmində qiymətləndirilir. Onun vasitəsilə Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə nəql olunacaq. Bu barədə çərşənbə günü "Kazmunayqaz" NK SC-nin neft nəqli və servis layihələri üzrə direktoru Kairqeldı Kabıldin Trend in Astanadakı xüsusi müxbirinə eksklüziv olaraq məlusmat verib.

Onun sözlərinə görə, KCTS Xəzərin Qazaxıstan sahilində terminallardan, yeni Kurık limanına qədər boru kəmərindən və tanker flotiliyasından ibarət olacaq.

K.Kabıldin bildirib ki, nəqliyyat sisteminin yaradılmasına "Kaşagan" və "Tengiz" layihəsinin bu gün KCTS -nin yaradılması haqqında memorandum imzalamış iştirakçıları sərmayə qoyacaqlar.

Kurıkda neft terminalının ilkin gücü ildə 10 mln. ton təşkil edəcək. Gələcəkdə terminalın gücünün 20 mln. tona qədər genişləndirilməsi nəzərdə tutulub. hazırda "KazMunayQaz" gələcək layihənin müxtəlif texniki tərkiblərini öyrənir. O cümlədən, böyük dedveytli tankerlərlə işləmək üçün dənizdə daşınan körpü qurğularının quraşdırılması zərurəti aydınlaşdırılır.

Xəbər lenti

Xəbər lenti