...

Baş nazir müavini : "Şimal-2" QRES-də buxarqaz qurğusunun inşa olunma tarixi müəyyənləşib"

Siyasət Materials 25 Yanvar 2007 13:02 (UTC +04:00)
Baş nazir müavini : "Şimal-2" QRES-də buxarqaz qurğusunun inşa olunma tarixi müəyyənləşib"

Yaponiyanın Beynəlxalq inkişaf bankının (YBİB) missiyasının Bakıda "Şimal" QRES-də ikinci buxar-qaz qurğusunun bərpası layihəsinin gerçəkləşdirilməsi ilə tanışlıq məqsədilə səfəri başa çatıb. Baş nazirin müavini Abid Şərifovun Trend ə verdiyi eksklüziv xəbərə görə, qonaqlar qurğunun tikintisinin başlanma qrafiki ilə və podradçı seçimi üzrə qarşıdakı işlərlə tanış olublar. Tender yanvarın 22-də keçirilməli idi, iştirakçı çatışmazlığından marta keçirilib.

A.Şərifovun fikrincə, ilk rübdə podradçı şirkət müəyyənləşəcək və üçüncü rübdə tikinti işlərinə başlamaq mümkün olacaq.

"Azerenerji" ilə Tepsko və Emprima konsorsiumları arasındakı müqaviləyə görə, hazırda 400 mVt nominal gücündə, 220 kV dörd LEP və 220/110 kV yarımstansiyalı "Şimal" elektrik stansiyasındakı ikinci buxar-qaz qurğusunda layihələşdirməyə, təhcizata, tikinti və montaja, sınağa, istismara və təhvilə tender keçirilir.

Stansiyanın yenidən qurulması üçün YBİB 29,28 mlrd. ien ($270 mln.) məbləğindjə güzəşt krediti ayırıb. Bu vəsaitlər 40 ilə 10 illik güzəşt dövrü ilə 0,75 illik faizlə ayrılır. Layihə Azərbaycan hökümətinin iştirak payı olmadan gerçəkləşəcək. İlk qurğunun tikintisini Yaponiyanın Mitsui/Mitsubishi şirkətlər alyansı aparıb.

Xəbər lenti

Xəbər lenti