...

DAK-ın Məclis sədri S.Rüstəmxanlı: "Qurultayda DAK-ın sədrliyinə alternativ namizədlər olacaq"

Siyasət Materials 26 Yanvar 2007 16:28 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresinin (DAK) qarşıdan gələn qurultayında təşkilatın sədrliyinə alternativ namizədlər olacaq. Bu barədə Trend ə DAK Məclisinin sədri Sabir Rüstəmxanlı açıqlama verib.

O, DAK-ın növbəti qurultayının bu il Avropa ölkələrindən birində keçiriləcəyini deyib. Ötən qurultayda DAK-ın sədrliyinə alternativ namizədlərin oluğunu xatırladan S.Rüstəmxanlı bildirib ki, bu dəfə də bir neçə şəxsin namizədliyini irəli sürəcəyi gözlənilir. S.Rüstəmxanlı həmçinin DAK-ın müxtəlif ölkələrdə tədbirlər, Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimləri, aksiyalar keçirəcəyini deyib. Görülən işlərlə bağlı DAK-ın rəhbər strukturlarının və müxtəlif ölkələrdəki nümayəndəliklərinin mütəmadi olaraq internetin paltak sistemi vasitəsilə müzakirələr apardığını deyib.

Qeyd edək ki, DAK 1997-ci ildə ABŞ-da yaradılıb. İndiyədək 8 dəfə qurultayı keçirilən DAK-ın növbəti 9-cu qurultayına hazırlıq gedir. Cavad Derəxtinin sədrlik etdiyi təşkilat əsasən Güney Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti