...

Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

Siyasət Materials 31 Yanvar 2007 20:18 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya dövlət səfəri başa çatıb. Bu barədə Trend AzTV-yə istinadən xəbər verir.

Qeyd edək ki, dövlət başçısı Fransaya səfəri çərçivəsində ölkə prezidenti Jak Şirak, baş nazir Dominik de Vilpen, Fransa Milli Assambleyasının sədri və Paris meri ilə çox səmərəli görüşlər keçirib. Yanvarın 31-də - Fransaya səfərinin sonuncu günü isə Azərbaycan prezidenti Lill şəhərinin ticarət-sənaye palatasında görüş keçirib, Fransanın bu regionunun iş adamlarını Azərbaycana dəvət edib və bildirib ki, bu gün ölkədə bunun üçün əlverişli şərait yaradılıb.

Xəbər lenti

Xəbər lenti