...

Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə dair 3 razılaşma imzalanıb

Siyasət Materials 7 Fevral 2007 21:28 (UTC +04:00)

Fevralın 7-də axşam Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə dair sənədlər imzalanıb. Bu barədə Trend in Tbilisidəki müxbiri xəbər verir.

"Qars-Tbilisi-Bakı" yeni dəmir yolu xəttinə dair razılaşma"nı Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri Ziya Məmmədov və Binalı Yıldırım, eləcə də Gürcüstanın iqtisadi inkişaf naziri Giorgi Arvaladze imzalayıb.

Daha sonra Azərbaycanın nəqliyyat naziri və Gürcüstanın iqtisadi inkişaf naziri Maradba (Türkiyə ilə sərhəddə)-Kartsaxi sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə dair hökumətlərarası razılaşma imzalayıblar.

Daha bir sənəd - "Maradaba (Türkiyə ilə sərhəddə)-Kartsaxi sahəsində tikinti, reabilitasiya və maliyyələşmə işlərinə dair kredit razılaşması" Maradba-Kartsaxi sahəsi dəmir yolu direktoru Ramaz Qeorqadze, Azərbaycan Beynəlxalq Bankının prezidenti Cahangir Hacıyev və "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan"ın prezident Samir Əliyev tərəifndən imzalanıb.

İmzalanma mərasimi Gürcüstan parlamentində keçirilib və mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Mixail Saakaşvili iştirak edib.

Xəbər lenti

Xəbər lenti