...

Sədr: Azərbaycan Ali Məhkəməsində baxılan işlərin sayı azalıb

Siyasət Materials 12 Fevral 2007 14:13 (UTC +04:00)
Sədr: Azərbaycan Ali Məhkəməsində baxılan işlərin sayı azalıb

2006-cı ildə Azərbaycan Ali Məhkəməsində baxılan işlərin sayı 3,7 faiz azalıb. Bu barədə Trend ə Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayev bildirib.

Kasassiya qaydasında 3 906 işə baxılıb, mülki işlər üzrə məhkəmə kollegiyasında 2 754, iqtisadi işlər üzrə 395, cinayət işləri üzrə 601 və hərbi işlər üzrə məhkəmə kollegiyasında - 601 işə baxılıb.

Qeyd edildiyi kimi, mülki işlər üzrə məhkəmə kollegiyasında 2754 işə baxılıb, onlardan 783-ü üzrə məhkəmə aktları ləğv edilib, 50 iş üzrə isə məhkəmə qərarları ləğv edilib.

Cinayət işləri üzrə məhkəmə kollegiyasında 624 nəfərə dair 601 işə baxılıb, bu sahədə Ali Məhkəmə aşağı instansiyalar tərəfindən çıxarılan qərarların 76 %-ni qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti