Fevralın 16-da İranın Azərbaycandakı səfirliyinin binası qarşısında polis nəzarəti gücləndiriləcək. Bu barədə Trend ə Bakı Baş Polis İdarəsindən bildiriblər.
Düz saat 13-də səfirliyin binası yerləşən Bakı şəhəri Səbail rayonu polis idarəsinin 9-cu şöbəsi ərazisində Azərbaycan Milli İstiqlal partiyasının icazəsiz mitinqi keçiriləcək. Polislərin sözlərinə görə, həmin yerə təxminən 20 polis əməkdaşı göndəriləcək, özbaşınalıqlar olduğu təqdirdə əlavə dəstələr də gətiriləcək.
Bundan başqa, məlum olub ki, fevralın 16-da polis həmçinin saat 16:00-da futbol yarışı keçiriləcək Respublika stadionunda təhlükəsizlik tədbirlərini gücləndirəcək.