...

Milli Məclisin deputatları Sankt-Peterburqda keçiriləcək seminarda iştirak edəcəklər

Siyasət Materials 19 Fevral 2007 12:00 (UTC +04:00)

Milli Məclisin deputatları Fəzail Ağamalı və Adil Əliyev fevralın 19-dan 22-dək Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının nəzdində yaradılmış Beynəlxalq Monitorinq İnstitutunun təşəbbüsü ilə keçirilən seminarda iştirak edəcəklər. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Demokratiyanın, parlamentarizmin inkişafının monitorinqi və vətəndaşların səsvermə hüquqlarının təmin olunması məsələləri ilə məşğul olan bu institutun təşkil etdiyi seminarın gündəliyinə beynəlxalq seçki müşahidəçilərinin hazırlığı ilə bağlı məsələlər daxil edilib.

Deputatlar tədbirdə çıxış edəcək, Azərbaycanın seçki sahəsindəki təcrübəsi barədə məlumat verəcəklər.

Xəbər lenti

Xəbər lenti