...

XİN başçısı: Almaniya enerji tədarüklərinin müxtəlifləşdirilməsində Azərbaycana böyük ümidlər bəsləyir

Siyasət Materials 19 Fevral 2007 15:34 (UTC +04:00)

Almaniya enerji mənbələrinin və qaz kəmərlərinin müxtəlifləşdirilməsi məsələsində Azərbaycana böyük ümidlər bəsləyir. Trend xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə bazar ertəsi Bakıda keçirilən görüşdə bəyan edib.

Görüş zamanı enerji daşıyıcılarının Avropaya nəqlində Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəmərinin perspektivləri müzakirə olunub.

Nazirin sözlərinə görə, neft hasilatı, emalı və neft avadanlığının tədarükü sahələrində ARDNŞ və Almaniya şirkətləri arasında işgüzar münasibətlərin genişləndirilməsi zərurəti var.

Ştaynmayer qeyd edib ki, Almaniyanın enerji sektorunda çalışan şirkətləri ARDNŞ-lə əməkdaşlıqda maraqlıdırlar.

ARDNŞ prezidenti R.Abdullayevin verdiyi xəbərə görə, Azərbaycan və Almaniya arasında münasibətlər dərinləşir və neft -qaz sektorunda birgə iş bu prosesdə mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti