...

AİP sədri: "Azərbaycançı Qüvvələr Birliyinin bərpa olunması üçün danışıqlar aparılır"

Siyasət Materials 28 Fevral 2007 16:20 (UTC +04:00)
Azərbaycan, Bakı / müxbir İ.Əlizadə/ Azərbaycançı Qüvvələr Birliyinin (AQB) bərpa olunması üçün danışıqlar aparılır. AQB-nin üzvü olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri bildirib ki, birliyin fəaliyyətinin bərpa olunması vacibdir: "Çünki qarşıdan prezident seçkiləri gəlir. Seçki kampaniyasının aparılmasında AQB mühüm rol oynaya bilər." H.H.Nuri deyib ki, AQB-nin bərpa olunması mümkündür və bunun üçün Birlik və Xalq Dircəliş partiyaları ilə müzakirələr gedir. Qeyd edək ki, AQB 1999-cu ildə müxalifəti təmsil edən Vəhdət, Azərbaycan Sosial Demokrat və İslam partiyalarının iştirakı ilə yaradılıb. Sonradan Vəhdət və Azərbaycan Sosial Demokrat partiyaları birliyi tərk ediblər. İslam, Xalq Dirçəliş və Birlik partiyaları AQB-ni bərpa etsələr də, 2005-ci ilin parlament seçkilərindən sonra blokun iclası keçirilməyib.
Xəbər lenti

Xəbər lenti