...

Ümid sədri: "Müxalifətin yeni birliyinin yaradılmasını məqbul hesab etmirəm"

Siyasət Materials 1 Mart 2007 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ümid sədri: "Müxalifətin yeni birliyinin yaradılmasını məqbul hesab etmirəm"

Müxalifətin yeni birliyinin yaradılmasını məqbul hesab etmirəm. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə müxalifətin yeni birliyinin yaradılması ilə bağlı fikirlərə münasibət bildirərkən qeyd edib ki, hər bir partiya ayrılıqda güc mərkəzi kimi çıxış etməlidir.

"Əgər yeni bir güc mərkəzinin yaradılmasından söhbət gedirsə müxalifətin 2008-ci ilin prezident seçkiləri ilə bağlı aydın və dəqiq yanaşması olmalıdır və yeni birlik vahid namizədin ətrafında yaradılmalıdır. Mən belə bir birliyin də yaradılmasını məqbul hesab etmirəm",-deyə İ.Ağazadə bildirib.

Müxalifətin yeni birliyinin yaradılması ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun təklif etdiyi formata gəlincə, Ümid sədri deyib ki, burada söhbət hansısa blokun deyil, əməkdaşlıq mərkəzinin yaradılmasından gedir.

"Əgər belə bir mərkəz olacaqsa Ümid Partiyası orada təmsil olunan partiyaları və mərkəzin fəaliyyətini qiymətləndirəcək. Bu məsələ ilə bağlı bizə məktubla müraciət olunmuşdu. Məktuba cavab vermişik. Orada bəzi aydın olmayan məsələlər var və onların aydınlaşdırılması vacibdir",-deyə partiya sədri əlavə edib.

Xatırladaq ki, müxalifətyönlü Ümid Partiyası 2002-ci ildə yaradılıb. Partiya Milli Məclisdə bir deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti