...

Milli Məclisin martın 13-nə nəzərdə tutulan iclası təxirə salınıb

Siyasət Materials 12 Mart 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 13-də keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müzakirə üçün hazır qanun layihələri olduqda parlamentin iclasları keçirilir. Hələlik isə müzakirə üçün hazır qanun layihələri yoxdur.

Parlamentin növbəti toplantısı martın 16-da keçirilcək. İclasda 2006-cı ilin sosial-iqtisadi yekunları ilə bağlı hökumətin hesabatı dinləniləcək.

Qeyd edək ki, daxili nizamnaməyə görə qanunverici orqanın iclasları adətən həftənin çərşənbə axşamları və cümə günləri keçirilir.

Xəbər lenti

Xəbər lenti