...

S.Cəlaloğlu Rəsul Quliyevin tərəfdarlarından ədliyyə nazirinə şikayət edib

Siyasət Materials 14 Mart 2007 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Cərdar Cəlaloğlu partiyanın keçmiş sədri Rəsul Quliyevin tərəfdarlarının ADP adından qurultay keçirməsinin qarşısının alınması üçün ədliyyə naziri Fikrət Məmmədova rəsmi müraciət edib. Bu barədə Sərdar Cəlaloğlu məlumat verib.

O, müraciətində partiyadan qovulmuş şəxslərin ADP adından hər hansı tədbir keçirməsinin qanunsuz olduğunu bildirərək qarşı tərəfin qurultay keçirmək cəhdinin qarşısının alınması üçün müvafiq tədbirlər görülməsini xahiş edib.

Cəlaloğlu martın 14-də həmçinin eyni tələblə təkrarən Səbail rayon məhkəməsinə şikayət verib. Bundan əvvəlki şikayətini Səbail rayon məhkəməsi geri qaytarmışdı.

Qeyd edək ki, müxalifətçi Demokrat Partiyası parçalanaraq S.Cəlaloğlunun və Rəsul Quliyevin tərəfdarlarına bölünüb. R.Quliyevin tərəfdarları aprelin 14-də ADP-nin fövqəladə qurultayını keçirməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti