...

Azərbaycan prezidenti deputat köməkçisi vəzifəsinin yaradılması qərarını təsdiqlədi

Siyasət Materials 15 Mart 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Prezident İlham Əliyev "Milli Məclis deputatının statusu haqqında" qanununa əlavə və dəyişikliklər edilməsi barədə" sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Milli Məclis deputatının statusu haqqında" qanununa əlavə və dəyişikliklər edilməsi barədə" qanununa uyğunlaşdırılması barədə təkliflərini prezidentə təqdim etsin.

"Milli Məclis deputatının statusu haqqinda" qanununa əlavə və dəyişikliklər edilməsi barədə" qanun fevralın 1-də Milli Məclis tərəfindən qəbul edilib. Əlavə və dəyişikliyə görə, "Milli Məclisin statusu haqqında" qanuna "Deputatın köməkçisi" adlı 21-1-ci maddə əlavə edilib. n statusu haqqinda" qanununa əlavə və dəyişikliklər edilməsi barədə" qanun fevralın 1-də Milli Məclis tərəfindən qəbul edilib. Əlavə və dəyişikliyə görə, "Milli Məclisin statusu haqqında" qanuna "Deputatın köməkçisi" adlı 21-1-ci maddə əlavə edilib. Qanuna əlavə edilən maddədə qeyd edilir ki, deputatın fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun köməkçiləri ola bilər. Deputatın köməkçiləri dövlət büdcəsi hesabına saxlanılır. Deputatın köməkçisinin işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənir. Deputatın köməkçisinə aid əlavə tələblər Milli Məclis sədrinin sərəncamı ilə müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti