...

Sərdar Cəlaloğlu Ali Məhkəmə Plenumu və Məhkəmə-Hüquq Şurasına müraciət edib

Siyasət Materials 16 Mart 2007 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu 2003-cü ildə həbsi və işgəncələrə məruz qalması faktının araşdırılmamasında təqsirkar bildiyi istintaq və məhkəmə orqanları əməkdaşlarının məsuliyyətə cəlb olunması tələbi ilə Məhkəmə-Hüquq Şurasına və Ali Məhkəmənin Plenumuna müraciət edib. Bu barədə ADP-dən məlumat verilib.

Məhkəmə-Hüquq Şurasına edilən müraciətdə Nəsimi rayon məhkəməsinin hakimi Gülnarə Tağızadə, Məhəmmədəli Zülfüqarov, Apellyasiya Məhkəməsinin hakimləri R.İsgəndərov, Ə.Quliyev, M.Hüseynov, E.Abdullayev, Q.Həsənov, M.Zeynalov, R.Mirzəyev, R.Səfərov, A.Həsənov, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimləri Mənsur İbayev, Şakir Ələsgər və Cavad Cuməliyev barəsində intizam icraatının başlanması, bu hakimlərin səlahiyyətlərinə xitam verilməsi barədə Ədliyyə Nazirliyinə təklif verilməsi tələb edilir.

Ali Məhkəmənin Plenumuna müraciətdə Nəsimi rayon məhkəməsinin 18 fevral 2004-cü il tarixli, Apellyasiya Məhkəməsinin 17 mart 2004-cü il tarixli qərarlarının, Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi baş ədliyyə müşaviri T.L.Kazımovun 8 yanvar 2004-cü il tarixli, Nəsimi rayon məhkəməsinin 29 iyul 2004-cü il tarixli, Apellyasiya Məhkəməsinin 24 sentyabr 2004-cü il tarixli qərarlarının ləğv edilməsi və cinayət işinin materiallarının yenidən baxılması üçün aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi tələb olunur.

Xəbər lenti

Xəbər lenti