...

Vitse-spiker: "Seçki Məcəlləsinə bir sıra dəyişikliklərin edilməsi mümkündür"

Siyasət Materials 17 Mart 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Seçki Məcəlləsinə bir sıra texniki dəyişikliklərin edilməsi mümkündür. Bu barədə məlumat verən Milli Məclisin sədr müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, əgər Seçki Məcəlləsinin təkmilləşdirilməsinə ehtiyac yaranarsa, parlament bu yenilikləri edə bilər: "Ancaq məcəllə ona görə dəyişməməlidir ki, hansısa siyasi qruplar öz şəxsi maraqlarını təmin etsin. Əslində, poritet məsələsinin gündəmə gətirilməsi məhz həmin siyasi qrupların məqsədlərinə xidmət edir. Mövcud seçki sistemi ölkəmizdə indiki reallığa uyğundur."

B.Muradova hesab edir ki, mübahisələrə son qoymaq üçün seçki sistemində yeni qaydalar tətbiq etmək lazımdır. Vitse-spikerin fikrincə, yeni mexanizm elə olmalıdır ki, siyasi qüvvələr seçki komissiyalarının işindən tamamilə kənarlaşdırılsın: "Bu işlə peşəkar mütəxəssislər məşğul olmalı, ya da, Seçki Məsələsini ayrı quruma həvalə etmək lazımdır. Cəmiyyət inkişaf etdikcə yeni tələblər ortaya çıxır və bu mənada müəyyən sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi də normal haldır. Bütün qanunvericilik praktikası belədir ki, zərurət yarandıqca normativ sənədlərə, qanunlara əlavə və dəyişikliklər edirik."

B.Muradova deyib ki, Avropa ölkələrində seçkiləri Daxili İşlər Nazirliyi, yaxud da Ədliyyə Nazirliyi keçirir.

Xəbər lenti

Xəbər lenti